Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA İqtisadiyyat İnstitutunun direktorunun əmri ilə “Müvəqqəti yaradıcılıq qrupları” yaradılıb

  • Oxunub 1120 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli beynəlxalq reytinqlər üzrə kompleks elmi-tədqiqat planını icra etmək məqsədi ilə İnstitutda “Müvəqqəti yaradıcılıq qrupları”nın yaradılması haqqında əmr imzalayıb. Əmrin tam mətni aşağıda verilib.

“Müvəqqəti yaradıcılıq qrupları”nın yaradılması haqqında

 AMEA İqtisadiyyat İnstitutu Elmi Şurasının 11 yanvar 2019-cu il tarixli 1 saylı qərarı ilə 2019-2021-ci illər üçün təsdiq edilmiş “Azərbaycanın sosial-iqtisadi inkişafı və beynəlxalq müqayisəli reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması istiqamətləri” mövzusunda kompleks elmi-tədqiqatların yüksək səviyyədə aparılması məqsədilə, İnstitutun Nizamnaməsinin 2.3.2. maddəsini əsas tutaraq əmr edirəm:

I. Tədqiqat aşağıdakı 3 problem üzrə aparılsın:

- “Makroiqtisadi sabitlik və innovasiyalı inkişaf göstəriciləri üzrə beynəlxalq müqayisəli reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması istiqamətləri”,
- “İnsan potensialının inkişafı göstəriciləri üzrə beynəlxalq müqayisəli reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması istiqamətləri”,
- “Təbii sərvətlərdən istifadə, sektorial və regional inkişaf göstəriciləri üzrə beynəlxalq müqayisəli reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması istiqamətləri”

II. 2019-cu il üçün beynəlxalq reytinqlər üzrə Kompleks elmi-tədqiqat planını icra etmək məqsədi ilə aşağıdakı Müvəqqəti yaradıcılıq qrupları formalaşdırılsın:

1. “Qlobal rəqabətlilik indeksi” üzrə reytinqdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması istiqamətləri:

Rəhbər: Şöbə müdiri, i.e.d., prof. Gülşən Yüzbaşiyeva
İcraçılar: Baş elmi işçi, i.e.d., prof. Hacıağa Rüstəmbəyov
Baş elmi işçi, i.e.d. Əli Hüseynov
Aparıcı elmi işçi, i.f.d., dos. Asif Mustafayev
Kiçik elmi işçi Aysel Aşırlı
Baş elmi işçi, t.f.d., dos. Ağakərim Hacıyev
Elmi işçi Vüsalə Abbasova
Böyük elmi işçi Rəsmiyyə Şirinova
Aparıcı elmi işçi, i.f.d., dos. Şahraz İbrahimov
Böyük elmi işçi Jalə Mirzəbəyova
Aparıcı elmi işçi, i.f.d., dos. Tariyel Qurbanov
Elmi işçi Fatimə Bayramova
Böyük elmi işçi, i.f.d. Vüqar Bayramov
Aparıcı elmi işçi, i.f.d., dos. Gülnar Səmədova
Aparıcı elmi işçi, i.f.d. Səbinə Şıxəliyeva
Elmi işçi Əsmər Mənəfova
Elmi işçi Təbriz Yadigarov
Aparıcı elmi işçi, i.f.d., dos. Kamran Abdullayev
Elmi işçi İlqar Sadıqov

2. “İqtisadi azadlıq indeksi” üzrə reytinqdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması istiqamətləri:

Rəhbər: Şöbə müdiri, AMEA-nın müxbir üzvü, i.e.d., prof. Akif Musayev
İcraçılar: Aparıcı elmi işçi, r.ü.f.d. Rəvanə Davudova
Aparıcı elmi işçi, i.f.d., dos. Ramil Əliyev
Aparıcı elmi işçi Tanrıverdi Paşa
Elmi işçi Simrah İsmayılova
Kiçik elmi işçi Mirvari Qəzənfərli
Elmi işçi Mətanət Cəfərova
Böyük laborant Murad Şıxıyev

3. “İnklüziv inkişaf indeksi” üzrə reytinqdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması istiqamətləri:

Rəhbər: Şöbə müdiri, f.f.d., dos. Mayis Gülalıyev
İcraçılar: Elmi işçi Əkbər Hüseynov
Elmi işçi Minarə Ağayeva
Elmi işçi İsgəndər Babazadə
Kiçik elmi işçi Hüseyn Pənahov
Kiçik elmi işçi Vüsalə Qubatova
Kiçik elmi işçi Fidan Sadıxlı
Kiçik elmi işçi Gülnar Qubadzadə

4. “Biznes mühiti” üzrə reytinqdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması istiqamətləri:

Rəhbər: Şöbə müdiri, i.e.d., prof. Tərbiz Əliyev
İcraçılar: Baş elmi işçi, i.e.d., prof. Qəzənfər Süleymanov
Baş elmi işçi, i.f.d., dos. Əbdül-Səməd Həsənov
Baş elmi işçi, i.f.d., dos. Esmira Bayramova
Aparıcı elmi işçi, i.f.d., dos. Mahir Zeynalov
Aparıcı elmi işçi, i.f.d., dos. Ramil Əliyev
Böyük elmi işçi Sevda Mahmudava
Elmi işçi Azər Əliyev
Baş elmi işçi, i.e.d. prof. Mübariz Bağırov
Şöbə müdiri, i.f.d, dos. Yaşar Məmmədov
Elmi işçi Minarə Ağayeva

5.“Qlobal maliyyə mərkəzləri indeksi” üzrə reytinqdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması istiqamətləri:

Rəhbər: şöbə müdiri, i.f.d., dos. Yaşar Məmmədov
İcraçı: Baş elmi işçi, i.e.d. Ağadadaş Qafarov

6. “Qlobal innovasiya indeksi” üzrə reytinqdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması istiqamətləri:

Rəhbər: Şöbə müdiri v.i.e., i.f.d., dos. Allahyar Muradov
İcraçılar: Aparıcı elmi işçi, i.e.d. Sevda Mikayılova
Baş elmi işçi, i.e.d., prof. Rəşad Muradov
Aparıcı elmi işçi, i.f.d., dos. Emin Məmmədzadə
Elmi işçi Rafiq Rzayev
Aparıcı elmi işçi, i.f.d., dos. Samirə Abasova
Elmi işçi Vəfa Rüstəmova
Elmi işçi Ülkər Rzayeva
Aparıcı elmi işçi, i.f.d, dos. Gülnar Səmədova

7.“Qlobal imkanlar indeksi” üzrə reytinqdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması istiqamətləri:

Rəhbər: Şöbə müdiri, AMEA-nın professoru, i.e.d. Fuad Qənbərov
İcraçılar: Aparıcı elmi işçi, i.f.d, dos. Ələsgər Sarıyev
Elmi işçi Rövşən Əsədov

8. “Beynəlxalq ticarətə cəlbolunma indeksi” üzrə reytinqdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması istiqamətləri:

Rəhbər: Aparıcı elmi işçi, i.f.d., dos. Aqil Eyvazov
İcraçılar: Baş laborant Dilman Əsədov
Elmi işçi Samir Məmmədov

9. İnsan inkişafı indeksi” üzrə reytinqdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması istiqamətləri:

Rəhbər: AMEA-nın müxbir üzvü, i.e.d., prof. Şahbaz Muradov
İcraçılar: Aparıcı elmi işçi, i.f.d., dos. Fərqanə Musayeva
Aparıcı elmi işçi, i.f.d., dos. Samirə Əhmədova
Aparıcı elmi işçi, i.f.d. Sevda Seyidova

10.“Davamlı cəmiyyət indeksi” və “Həyat keyfiyyəti indeksi” üzrə reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması istiqamətləri:

Rəhbər: Şöbə müdiri., i.f.d., dos. Pərviz Həsənov
İcraçı: Kiçik elmi işçi Elnur Zeynalov

11. “Qlobal pensiya indeksi” üzrə reytinqdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması istiqamətləri:

Rəhbər: Elmi katib, i.f.d., dos. Rəsmiyyə Abdullayeva
İcraçı: Elmi işçi Vəfa Həşimova

12. “Sosial tərəqqi indeksi” üzrə reytinqdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması istiqamətləri:

Rəhbər: Baş elmi işçi, i.e.d., prof. Müşviq Atakişiyev
İcraçılar: Böyük laborant Mələk Əliyeva
Baş elmi işçi, i.f.d., dos. Cəlil Quliyev
Böyük elmi işçi Amalya Allahverdiyeva
Aparıcı elmi işçi, i.f.d., dos. Samirə Əhmədova
Aparıcı elmi işçi, i.f.d. Sevda Seyidova
Elmi işçi Jalə Əliyeva
Kiçik elmi işçi Günəş Nəbiyeva

13. “Davamlı inkişaf məqsədləri indeksi” üzrə reytinqdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması istiqamətləri:

Rəhbər: Şöbə müdiri, i.e.d., prof. Rəna Sultanova
İcraçılar: Böyük elmi işçi, i.f.d. Vilayət Ramazanov
Elmi işçi Tural Məmmədov

14. “Enerji trilemması indeksi”, “Enerji strukturunun səmərəliliyi indeksi” və “Resursların idarə edilməsi indeksi” üzrə reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması istiqamətləri:

Rəhbər: Şöbə müdiri, i.e.d., prof. Rəna Sultanova
İcraçı: aparıcı elmi işçi, i.f.d., dos. Nəsimi Əhmədov

15. “Qlobal ərzaq təhlükəsizliyi indeksi” üzrə reytinqdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması istiqamətləri:

Rəhbər: Şöbə müdiri, i.e.d, prof. İsa Alıyev
İcraçılar: Aparıcı elmi işçi, i.f.d. Leyla Muradverdiyeva
Aparıcı elmi işçi, i.f.d. Yunus Sadıqov
Aparıcı elmi işçi, i.f.d. dos. Rəmzi Abdullayev
Böyük elmi işçi Leyla Sərttaş
Aparıcı elmi işçi, i.f.d. Famil Rüstəmov
Elmi işçi Emil Mirzəyev
Böyük elmi işçi, i.f.d. Vüqar Kərimli

16. “Sənayenin rəqabət qabiliyyəti indeksi” üzrə reytinqdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması istiqamətləri:

Rəhbər: Aparıcı elmi işçi, i.f.d. Şahin Sadıqov
İcraçı: Elmi işçi Emin İsmayılov

17. “İKT-nin inkişafı indeksi” üzrə reytinqdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması istiqamətləri:

Rəhbər: Şöbə müdiri, i.f.d. Leyli Allahverdiyeva
İcraçı: Elmi işçi Gülnarə Fətəliyeva

18. “Şəbəkə hazırlığı indeksi” üzrə reytinqdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması istiqamətləri:

Rəhbər: şöbə müdiri, i.f.d. Leyli Allahverdiyeva
İcraçı: şöbə müdiri, i.f.d. Leyli Allahverdiyeva

19. “Turizmin rəqabət qabiliyyəti indeksi” üzrə reytinqdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması istiqamətləri:

Rəhbər: Şöbə müdiri, i.f.d. Leyli Allahverdiyeva
İcraçılar: Aparıcı elmi işçi, i.f.d., dos. Tahir Sərdarov
Elmi işçi Ülkər Məmmədova
Baş laborant Fəxrəddin Babazadə

20. “Ekoloji effektivlik indeksi” üzrə reytinqdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması istiqamətləri:

Rəhbər: Şöbə müdiri, i.f.d., dos. Yaşar Məmmədov
İcraçı: Aparıcı elmi işçi, i.f.d. Sulduz Səlimov

III. AMEA İqtisadiyyat İnstitutunun İS(S)İ üzrə beynəlxalq müqayisəli araşdırmalarının davam etdirilməsi məqsədi ilə aşağıdakı Müvəqqəti yaradıcılıq qrupu formalaşdırılsın:

Rəhbər: Direktor, i.e.d., prof. Nazim Müzəffərli (İmanov)
İcraçılar: Elmi işçi Ceyhun Hüseynov
Bəhruz Əhmədov (ictimai əsaslarla)

IV. AMEA İqtisadiyyat İnstitutu tərəfindən təklif olunması nəzərdə tutulan yeni müqayisəli reytinqlərin hazırlanması məqsədi ilə aşağıdakı Müvəqqəti yaradıcılıq qrupları formalaşdırılsın:

1. “Azərbaycanın iqtisadi və inzibati rayonlarında iqtisadi potensialdan istifadənin effektivliyi” üzrə:

Rəhbər: Direktor, i.e.d., prof. Nazim Müzəffərli (İmanov)
İcraçılar: Aparıcı elmi işçi, i.f.d., dos. Məzəddin Əyyubov
Böyük elmi işçi, i.f.d. Mətanət Abdalova
Elmi işçi Svetlana Nəcəfli

2. “Azərbaycanın iqtisadi regionlarında, şəhərlərində və inzibati rayonlarında Həyat keyfiyyəti” üzrə:

Rəhbər: Direktor, i.e.d., prof. Nazim Müzəffərli (İmanov)
İcraçı: Şöbə müdiri v.i.e., i.f.d., dos. Pərviz Həsənov
Bəhruz Əhmədov (ictimai əsaslarla)

3. “Azərbaycanın iqtisadi və inzibati rayonlarının sosial-iqtisadi inkişafı” üzrə:

Rəhbər: Direktor, i.e.d., prof. Nazim Müzəffərli (İmanov)
İcraçılar: Şöbə müdiri, i.e.d., prof. Rəna Sultanova
Böyük elmi işçi Kərim Piriyev
Aparıcı elmi işçi, i.f.d. Rauf Rzayev
Baş elmi işçi, AMEA-nın müxbir üzvü, i.e.d., prof. Əli Nuriyev

V. Kompleks elmi-tədqiqat planı çərçivəsində tədqiq olunacaq beynəlxalq reytinqlərin müəyyənləşdirilməsinin və Müvəqqəti yaradıcılıq qruplarının formalaşdırılmasının müəyyən bir müddət tələb etdiyini nəzərə alaraq, 2019-cu ildə əməkdaşlar yalnız aralıq hesabat təqdim etsinlər.

VI. Müvəqqəti yaradıcılıq qruplarının rəhbərləri müvafiq tədqiqatların aparılmasına, aralıq və yekun hesabatların hazırlanmasına məsul şəxslərdir.

VII. Şöbə müdirləri Müvəqqəti yaradıcılıq qruplarında təmsil olunan əməkdaşlarının fəaliyyətinə ümumi nəzarəti həyata keçirsinlər və həmin əməkdaşların elmi-tədqiqat nəticələrini şöbə hesabatlarına da daxil etsinlər.

VIII. Bu əmr İnstitutun rəsmi İnternet saytı (i.f.d., dos. M.Zeynalov), daxili İntranet şəbəkəsi (M.Ağayeva) və Elanlar lövhəsi (M.Ağayeva) vasitəsi ilə bütün əməkdaşlarının nəzərinə çatdırılsın.

Direktor, prof. N.M.İmanov