Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

economics.com.az saytına baxış sayı yarım milyonu keçib...

  • Oxunub 637 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun İnternet saytı dünyanın 109 ölkəsindən izlənilir

  2015-ci il may ayından tam yenilənmiş dizaynla fəaliyyətə başlayan AMEA İqtisadiyyat İnstitutunun İnternet saytına – economics.com.az-a daxil olma və baxış sayı 500 mini ötüb. 2015-2018-ci illərdə sayta müraciətlərin sayı 400 min idi. Sayta orta aylıq baxış sayı 10 mindir. 2019-cu ilin sentyabr ayında baxış sayı 11 minə yaxın olub.

 Əsas izləyicilərimiz Azərbaycan oxucularıdır. Bununla yanaşı, sayt xarici ölkələrdən də izlənilir, oxunur. Dünyanın 109 müxtəlif ölkəsindən – economics.com.az-a daxil olma qeydə alınıb. Sayt daha çox ABŞ (daxil olmaların 5,2%-i), Rusiya (daxil olmaların 4,2%-i), Avropa Birliyi (2,8%),  Türkiyə (1,3%), Ukrayna (1,1%), Böyük Britaniya, Çin, Gürcüstan, İran, Almaniya, Belarus və s. ölkələrdə oxucular tərəfindən izlənilir.

 İqtisadiyyat İnstitutunun saytı şəffaflıq və cəmiyyətə açıqlıq baxımından AMEA-da ən uğurlu elektron resurslardandır. Saytın kollektivinin əsas hədəfləri informasiya təminatında operativliyi təmin etmək, geniş oxucu auditoriyası toplamaqdır. İnstitutun birbaşa fəaliyyəti ilə bağlı 2015-2017-ci illərdə 470, 2018-ci ildə 250 xəbər hazırlanaraq İqtisadiyyat İnstitutunun economics.com.az İnternet saytında yerləşdirilib. Xəbərlər üç dildə - Azərbaycan, rus və ingilis dillərində verilib. Bununla yanaşı, institutla bağlı xəbərlər ölkənin çap və elektron KİV-lərində, televiziyalarda, AMEA-nın science.az və Azərtac Dövlət İnformasiya Agentliyində yayılmışdır. 

 economics.com.az saytı AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsi tərəfindən həyata keçirilən monitorinqin nəticələrinə görə, 2016-cı ildə 40 sayt arasında 4-cü, AMEA-nın Humanitar və İctimai Elmlər bölməsinin elmi-tədqiqat institutları arasında 1-ci yeri tutub.

 Saytda elektron bazanın genişləndirilməsi, e-kitabxananın zənginləşdirilməsi işləri də davam etdirilir. Burada 800-dən artıq elektron materiallar yerləşdirilib. İnstitutun 2 elmi jurnalının məqalələri ilə yanaşı alimlərin kitabları, bulletenlər, dissertasiya və avtoreferatların da elektron variantı saytda var. Bununla yanaşı, İnstitutun bütün yeni elmi nəşrləri barəsində məlumatlar verilir. İnstitutun fəliyyəti ilə bağlı saytda yerləşdirilmiş bütün xəbərlər “AMEA İqtisadiyyat İnstitutu” adında yaradılmış Facebook səhifəsində də yayılır (economics.com.az).