Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun şöbə müdiri Birləşmiş Vyana İnstitutunun təlim kursunda iştirak etmişdir

  • Oxunub 744 dəfə

 Oktyabrın 14-18-də Avstriyanın Birləşmiş Vyana İnstitutunda (JVI) “Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropada makromaliyyə sabitliyi” mövzusunda növbəti təlim kursu keçirilmişdir. Bir həftəlik təlimdə AMEA İqtisadiyyat İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rüfət Efendiyev də iştirak etmişdir.

  Birləşmiş Vyana İnstitutu (JVI) Mərkəzi, Şərqi və Qərbi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrinin əsasən dövlət sektorunda fəaliyyət göstərənlər üçün nəzərədə tutulmuş regional təlim mərkəzidir. İnstitut 1992-ci ildə Avstriyanın (Federal Maliyyə Nazirliyi və Mərkəzi Bank qismində) səlahiyyətli qurumları, Beynəlxalq Valyuta Fondu (IMF) və digər beynəlxalq qurumlar tərəfindən təsis edilmişdir.

 JVI əsasən makroiqtisadi siyasətin formalaşması və idarə olunması; vergi siyasəti; dövlət gəlirlərinin idarə olunması; xərclərin idarə olunması; vergi-büdcə institutları və idarəetmə; hüquqi-normativ çərçivə; makroiqtisadi və maliyyə statistikası və bu kimi bir sıra iqtisadi məsələlər üzrə bir və ya iki həftəlik təlim kursları, eləcə də seminar və simpoziumlar təşkil edir. JVI Avstriya hökuməti və digər beynəlxalq qurumlar tərəfindən maliyyələşdirilir (economics.com.az).