AMEA İqtisadiyyat İnstitutunda ixtisas üzrə doktorluq imtahanları keçirilib
- Oxunub 733 dəfə
Dekabrın 18-19-da AMEA İqtisadiyyat İnstitutunda test üsulu ilə doktorant və dissertantların ixtisas üzrə doktorluq imtahanları keçirilib.
AMEA-nın müxbir üzvü, professor Akif Musayevin sədrlik etdiyi imtahan komissiyasına i.e.d., professor Tərbiz Əliyev, i.e.d., prof. Gülşən Yüzbaşıyeva, i.e.d. Fuad Qənbərov, i.f.d., dos. Allahyar Muradov və f-r.f.d., dos. Gülsurə Mehdiyeva daxildirlər.
AMEA İqtisadiyyat İnstitutunun “Təhsil şöbəsi”nin müdiri, dos. Gülsurə Mehdiyeva economics.com.az saytına bildirib ki, şəffaflıq və müasir kompüter proqramlarının tədbiqi şəraitində baş tutan imtahanlarda 21 nəfər iştirak edib. Onlardan 18 nəfər imtahanı uğurla verib, 3 nəfər isə qeyri-kafi qiymət alıb. Kompüter proqramlarının tədbiqi sayəsində imtahanın nəticələri test suallarının cavablandırılması bitdikdən dərhal sonra doktorant və dissertantların özlərinə bəlli olur. İmtahan prosesində insan amili tamamilə aradan qaldırılıb (economics.com.az).