Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Şuranın növbəti iclası keçirilib

  • Oxunub 682 dəfə

 Dekabrın 26-da AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda bir sıra məsələlər müzakirə olundu.

  Direktor ilk növbədə 2019-cu ildə İnstitutun əldə etdiyi əsas nailiyyətlərdən, il ərzində həyata keçirilən tədbirlərdən, əməkdaşların elmi tədbirlərdə iştirakından, uğurlarından danışdı. Habelə İnstitutun 2019-cu ildə apardığı elmi tədqiqat işlərinin yekunlarına dair AMEA İctimai Elmlər Bölməsində uğurla təqdim olunan hesabatı, iqtisadçı alimlərimizin mətbuatda çoxsaylı çıxışlarını qeyd etdi.  AMEA İqtisadiyyat İnstitutunun ölkəmizdə iqtisadiyyat sahəsində əsas elmi mərkəz kimi qarşısında duran vəzifələr, əsas hədəflərlə bağlı düşüncələrini bölüşdü.

 Prof. Nazim Müzəffərli dekabrın 14-15-də Qətərin Doha şəhərində "Doha Forum 2019” adlı beynəlxalq tədbirdə, habelə professor Müşfiq Atakişiyevlə birlikdə oktyabrın 24-25-də Moskvada Rusiya Elmlər Akademiyasının Bazar Problemləri İnstitutunun təşkilatçılığı ilə baş tutan “Qlobal çağırışlar və inkişaf perspektivləri” mövzusunda Beynəlxalq Forumda iştirakı barədə də məlumat verdi.

 Sonra AMEA İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, i.f.d., dos. Allahyar Muradov İnstitutun doktorant və dissertantlarının attestasiyası barədə məlumat verdi, nəticələr müzakirə edilərək təsdiqləndi.

 Elmi Şuranın qərarı ilə 2020-ci ildə daha iki gənc tədqiqatçı - elmi işçi Dilman Əsədov və kiçik elmi işçi Ceyhun Hüseynov adsız fərdi təqaüd alacaq.

 Elmi Şuranın üzvləri İnstitutun əməkdaşları – i.f.d. Tahir Sərdarovu 65, i.f.d.Yaşar Məmmədovu 60 illik yubileyləri münasibətilə təbrik etdilər (economics.com.az).