AMEA İqtisadiyyat İnstitutunun doktorantura və dissertanturasına 39 nəfər sənəd verib
- Oxunub 806 dəfə
AMEA İqtisadiyyat İnstitutunun doktorantura və dissertanturasına sənəd qəbulu başa çatıb. İnstitutun Təhsil şöbəsinin müdiri, dos. Gülsurə Mehdiyeva economics.com.az saytına bildirib ki, fəlsəfə doktoru hazırlığı proqramı üzrə doktoranturaya 6 plan yerinə qarşı 24 nəfər, fəlsəfə doktoru hazırlığı proqramı üzrə dissertanturaya 12 plan yerinə qarşı 7 nəfər, elmlər doktoru hazırlığı proqramı üzrə dissertanturaya 8 yerə 8 nəfər sənəd verib.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində imtahan verəcəklər. Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar. Fəlsəfədən məqbul alan şəxslər ixtisas imtahanına buraxılırlar.
Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən şəxslər ilk dəfə olaraq bu il xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində imtahan verməlidirlər. İmtahandan uğurla keçənlər müsabiqəyə buraxılacaqlar.