Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA İqtisadiyyat İnstitutunun dissertanturasına qəbul üzrə müsabiqə keçirilib

  • Oxunub 707 dəfə

 Fevralın 14-də AMEA İqtisadiyyat İnstitutunun fəlsəfə doktoru hazırlığı proqramı üzrə dissertanturasına qəbul üzrə müsabiqə keçirilmişdir. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi, prof. Akif Musayev, prof. Gülşən Yüzbaşıyeva, prof. Müşfiq Atakişiyev, i.e.d. Fuad Qənbərov, i.f.d., dos. Allahyar Muradov, i.f.d., dos. Rəsmiyyə Abdullayeva və dos. Gülsurə Mehdiyevanın üzvlüyü ilə müsabiqə komissiyası yaradılıb.

  Müsabiqədə ayrılmış 12 plan yerinə qarşı 5 nəfər iştirak edib. Hər bir iddiaçının tədqiqat üçün təklif etdiyi doktorluq dissertasiyası mövzusu üzrə dinləmələr və müzakirələr aparılıb. Mövzuların aktuallığı, Azərbaycan iqtisadiyyatının prioritet inkişaf istiqamətləri üzrə tələblərə uyğunluğu, problem mövzular üzrə aparılacaq tədqiqatların əsas mahiyyəti, gözləntilər və s. məsələlər  əsas götürülüb. Sonda müsabiqə komissiyasının qərarına əsasən iddiaçılar AMEA İqtisadiyyat İnstitutunun dissertanturasına qəbul olunub (economics.com.az).