Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun doktoranturasına ixtisas fənləri üzrə qəbul imtahanı keçirilib

  • Oxunub 597 dəfə

 Fevralın 25-də AMEA İqtisadiyyat İnstitutunda müvafiq ixtisas – iqtisadiyyat fənləri üzrə fəlsəfə doktoru hazırlığı proqramı üzrə doktoranturaya test üsulu ilə qəbul imtahanı keçirilmişdir. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrlik etdiyi imtahan komissiyasına prof. Akif Musayev, prof. Gülşən Yüzbaşıyeva, prof. Müşfiq Atakişiyev, i.e.d. Fuad Qənbərov, i.f.d., dos. Allahyar Muradov, i.f.d.,dos. Rəsmiyyə Abdullayeva və dos. Gülsurə Mehdiyeva daxildirlər.

  

  İmtahanda doktoranturaya sənəd vermiş 24 nəfərdən ingilis dili və fəlsəfə imtahanlarından uğurla keçmiş 15 nəfər iştirak edib. İmtahandan dərhal sonra nəticələr açıqlanıb, qeyri-kafi qiymət alan olmayıb, bütün iştirakçılar müsabiqəyə buraxılıblar. 2019-2020-ci tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə AMEA İqtisadiyyat İnstitutunun doktoranturasına qəbul planı üzrə 6 yer ayrılıb. İmtahan komissiyası tərəfindən bütün imtahanların nəticələri nəzərə alınmaqla doktoranturaya qəbul olanların adları açıqlanacaq (economics.com.az).