İqtisad Elmləri üzrə Elmi Şuranın iclası keçirilmişdir
- Oxunub 794 dəfə
Fevralın 28-də AMEA İqtisadiyyat İnstitutunda Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası nəzdində İqtisad Elmləri üzrə Elmi Şuranın 2020-ci ildə növbəti iclası keçirilmişdir. Şuranın sədri, AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərlinin sədrliyi ilə baş tutan toplantıda yeni təqdim olunmuş dissertasiya işlərinin mövzuları müzakirə edilərək təsdiq edilmişdir.
İqtisad Elmləri üzrə Elmi Şuranın elmi katibi, i.f.d., dosent Samirə Əhmədova bildirib ki, iclasda bir necə ali təhsil müəssisələrinin fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə təhsil alan 16 doktorant və dissertantının dissertasiya mövzuları müzakirə edilərək, redaktə xarakterli dəyişikliklərdən sonra təsdiqlənmişdir (economics.com.az).