Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Azərbaycanda həyat keyfiyyəti – 2018” kitabı çap olunub

  • Oxunub 999 dəfə

 “Azərbaycanda həyat keyfiyyəti – 2018” kitabı nəşr edilib. AMEA İqtisadiyyat İnstitutu Elmi Şurasının qərarı ilə çap edilən nəşrin elmi redaktoru, AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərlidir (İmanov). Kitabın müəllifləri professor Nazim Müzəffərli (İmanov), iqtisad üzrə fəlsəfə doktoru, dosent Pərviz Həsənov və iqtisad üzrə fəlsəfə doktoru Bəhruz Əhmədovdur. Məsləhətçilər iqtisad elmləri doktoru, professor Akif Musayev, iqtisad üzrə fəlsəfə doktoru, dosent Allahyar Muradov və iqtisad üzrə fəlsəfə doktoru, dosent Rəsmiyyə Abdullayevadır.

  Kitab Azərbaycanın iqtisadi rayonlarında, respublika tabeli şəhərlərində və inzibati rayonlarında həyat keyfiyyətini müqayisəli şəkildə qiymətləndirmək məqsədi ilə AMEA İqtisadiyyat İnstitutunda gerçəkləşdirilmiş ilk tədqiqatın nəticələrini əks etdirir. Qiymətləndirmələr İnstitutun mütəxəssisləri tərəfin-dən hazırlanmış Həyat Keyfiyyəti İndeksi (HKİ) əsasında aparılmışdır. Təd-qiqat ölkənin 8 iqtisadi rayonunu, həmin rayonlara daxil olan 61 respublika tabeli şəhəri və inzibati rayonu əhatə edir.

 Bu araşdırma və ümumən bu tipli bölgələrarası müqayisələr mühüm elmi-nəzəri məsələlərin həllinə kömək etməklə yanaşı, həm də ciddi praktik əhəmiyyət daşıyır. Onların nəticələri ölkə regionlarının sosial-iqtisadi inkişafı məsələləri üzrə praktik idarəetmə qərarlarının qəbul edilməsi zamanı, o cümlədən ayrı-ayrı bölgələrdə iqtisadiyyatın üstün templərlə inkişafı dəstəklənərkən, sosial-iqtisadi proqramlar tərtib edilərkən, müxtəlif rayonların inkişafına əlavə dövlət vəsaitləri ayrılarkən faydalı ola bilər (economics.com.az).

“Azərbaycanda həyat keyfiyyəti – 2018” kitabı (yüklə)