Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“İqtisadi Artım və İctimai Rifah” elmi jurnalı nəşr olunacaq

  • Oxunub 595 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun “İqtisadi Artım və İctimai Rifah” adlı elmi jurnalı fəaliyyətə başlamışdır. Qeyd edək ki, İnstitutun Elmi Şurasının qərarı ilə "Elmi Əsərlər" jurnalının adı dəyişdirilərək “İqtisadi artım və ictimai rifah” adlandırılıb.

  AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərlinin baş redaktoru olduğu jurnalın redaksiya heyəti də yenilənib. Baş redaktorun müavini, i.e.d., professor Müşfiq Atakişiyev, jurnalın məsul katibi iqtisad üzrə fəlsəfə doktoru, dosent Nəsimi Əhmədovdur. Jurnalın redaksiya heyətinin tərkibinə ölkənin tanınmış iqtisadçı alimləri ilə yanaşı nüfuzlu xarici iqtisadçı alimlər də daxil edilmişdir.  

 Jurnalda yeni elmi məqalələr, elmi informasiyalar, aktual tənqidi rəylər və tematik araşdırmalar nəşr olunacaq.  Məqalələr azərbaycan, ingilis, rus və türk dillərində çap ediləcək (economics.com.az).

“İqtisadi Artım və İctimai Rifah” jurnalı