Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisad Elmləri üzrə Elmi Şuranın onlayn iclası keçirilib

  • Oxunub 896 dəfə

 İyunun 18-də AMEA İqtisadiyyat İnstitutunda Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası nəzdində İqtisad Elmləri üzrə Elmi Şuranın növbəti onlayn formada iclası keçirilmişdir. Şuranın sədri, AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərlinin sədrliyi ilə baş tutan toplantıda yeni təqdim olunmuş dissertasiya işlərinin mövzuları müzakirə edilərək təsdiq edilmişdir.

  İqtisad Elmləri üzrə Elmi Şuranın elmi katibi, i.f.d., dosent Samirə Əhmədova bildirib ki, iclasda İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun fəlsəfə doktoru və elmlər doktoru (1 nəfər) proqramları üzrə təhsil alan 17 doktorant və dissertantının dissertasiya mövzuları müzakirə edilib, redaktə xarakterli dəyişikliklərdən sonra təsdiqlənib, bir neçə iş ixtisas şifrələrinə uyğun gəlmədiyi üçün qeydiyyata alınmayıb (economics.com.az).