Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Türk dünyası qlobal iqtisadi inkişaf yollarında”

  • Oxunub 1773 dəfə

  İqtisad elmləri doktoru Dünyamalı Vəliyevin kitabı cap olunub

  İqtisad elmləri doktoru Dünyamalı Vəliyevin “Türk dünyası qlobal iqtisadi inkişaf yollarında” (məqalələr toplusu) kitabı cap olunub (Bakı, “Zərdabi” nəşriyyatı, 2015, 504 səh.). Kitab AMEA Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi Şurasının qərarı ilə çapa tövsiyyə edilmişdir. Rəyçilər AMEA-nın müxbir üzvləri A.Ələsgərov və Ş.Mustafayevdir.

 Kitabda müəllifin uzun illər Türk Dünyasının iqtisadi inkişaf problemləri haqqında yazmış olduğu məqalələr oxuculara təqdim olunur. Azərbaycan və Türkiyənin iqtisadi inkişaf problemlərinə həsr edilmiş yazılar iki ayrı bölmədə verilir. Türk Dünyasının ortaq problemləri “Türk dünyası qlobal iqtisadi inkişaf yollarında” adlı bölmədə oxucuların nəzərinə çatdırılır. Son fəsil müəllifin dünya iqtisadiyyatı və qloballaşma haqqında mülahizələrinə həsr edilmişdir.

  Kitab Türk Dünyasının iqtisadi inkişaf problemləri ilə maraqlanan siyası, elmi və praktik işçilər, doktorant, magistrant və tələbə gənclər üçün nəzərdə tutulmuşdur (economics.com.az).