“AMEA-nın xəbərləri. İqtisadiyyat seriyası” jurnalının yeni nömrəsi
- Oxunub 922 dəfə
Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun “AMEA-nın xəbərləri. İqtisadiyyat seriyası” jurnalının 2020-ci il üçün ikinci nömrəsi oxuculara təqdim olunub. Jurnaldakı bütün elmi məqalələrin elektron variantı İqtisadiyyat İnstitutunun internet saytında – economics.com.az - da yerləşdirilib. Məqalələri saytdan yükləməklə oxumaq mümkündür.
Jurnalda 15-i Azərbaycan, 2-si rus dilində olmaqla 17 elmi məqalə dərc olunub. Nəşrdə "Rəqəmsal iqtisadiyyatda dəyər və rəqəmsal vergi", "İnsan kapitalının inkişaf etdirilməsi məşğulluq səviyyəsinin indikatoru kimi", "Azərbaycanda bərk məişət tullantılarından istifadənin təşkili və idarə edilməsi", "Azərbaycanda audit xidmətinin inkişaf problemləri", "Davamlı və dayanıqlı inkişaf üzrə dünya təcrübəsi" və digər başlıqlı məqalələr yer alıb.
Xatırladaq ki, AMEA Rəyasət Heyətinin qərarı ilə 1966-cı ildən nəşr olunan jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin” siyahısına daxildir (economics.com.az).