Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri beynəlxalq elmi jurnalın redaksiya heyətinə üzv seçilmişdir

  • Oxunub 1468 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, i.e.d., professor Akif Musayev ingilis dilində nərş olunan “Acta Scientific Computer Sciences” beynəlxalq  jurnalının redaksiya heyətinə üzv seçilmişdir (https://www.actascientific.com/ASCS.php). Bununla yanaşı, azərbaycanlı alimə öz elmi məqalələri ilə bu jurnalda çap olunması təklif edilmişdir.

  Professor A.Musayev digər beynəlxaq statuslu elmi jurnallarla da əməkdaşlıq edir. Bu yaxınlarda “Scientific Journal of History, Economics and Law Research Institute” jurnalı tərəfindən ondan Azərbaycan Respublikasının müstəqillik dövründə iqtisadi inkişaf mərhələləri ilə bağlı analitik məqalə təqdim etməsi xahiş olunmuşdur.

 AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri A.Musayev pandemiya dövrünün yaratdığı çətinliklərə baxmayaraq aktiv şəkildə elmi konfranslara da onlayn şəkildə qatılır. Alim iyulun 13-də Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illik yubileyinə həsr olunmuş “Qlobal iqtisadi dəyişikliklər və fürsətlər, fənlərarasi inteqrasiya” mövzusunda respublika elmi-praktiki konfransının plenar sesiyasında “Virtual reallıq və məsafədən iş perspektivləri” mövzusunda məruzə etmişdir.

 İyulun 28-də isə alim rəhbərlik etdiyi AMEA İqtisadiyyat İnstitutunun İqtisadi tədqiqatların riyazi təminatı şöbəsinin elmi işçiləri Simrah İsmayılova və Mirvari Qəzənfərli ilə birlikdə İtaliya “Bologna Business School”dan gələn dəvət əsasında orada online platformada keçirilən “The evolution of block-chain technologies” innovasiyaları mövzusunda müzakirələrdə fəal iştirak ediblər (economocs.com.az).