İqtisadiyyat İnstitutunun direktor müavini Şakir Alıyev bir aylıq maaşını Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb
- Oxunub 1297 dəfə
AMEA İqtisadiyyat İnstitutunun ümumi işlər üzrə direktor müavini Alıyev Şakir Şükür oğlu bir aylıq əməkhaqqı məbləğində vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib.
Qeyd edək ki, AMEA İqtisadiyyat İnstitutunun direktoru, prof. Nazim Müzəffərli də bir aylıq maaşını Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb və ümidvar olduğunu bildirib ki, İnstitutun imkanı çatan digər əməkdaşları da bu təşəbbüsə qoşulacaqlar.
Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun əsasnaməsinə əsasən, Silahlı Qüvvələrin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycan ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər könüllü ödəmələr həyata keçirə bilərlər.
Eşq olsun şanlı və müzəffər Azərbaycan Ordusuna!
Qarabağ Azərbaycandır! (economics.com.az).