Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA-nın müxbir üzvü Şahbaz Muradov bir aylıq maaşını Silahlı Qüvvələrə Yardım Fonduna ianə etdi

  • Oxunub 385 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun “Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, i.e.d., professor Şahbaz Muradov bir aylıq əməkhaqqı məbləğində vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib. 

  Qeyd edək ki, AMEA İqtisadiyyat İnstitutunun direktoru, prof. Nazim Müzəffərli də bir aylıq maaşını Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb. İnstitutun imkanı çatan digər əməkdaşları da bu təşəbbüsə qoşulublar.

 Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun əsasnaməsinə əsasən, Silahlı Qüvvələrin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycan ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər könüllü ödəmələr həyata keçirə bilərlər.

 Eşq olsun şanlı və müzəffər Azərbaycan Ordusuna!

 Qarabağ Azərbaycandır!

(economics.com.az).