AMEA İqtisadiyyat İnstitutunun Həmkarlar Komitəsi Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
- Oxunub 317 dəfə
AMEA İqtisadiyyat İnstitutunun Həmkarlar Komitəsi Silahlı Qüvvələrə Yardım Fonduna 1000 manat məbləğində vəsait köçürüb. Bu barədə Həmkarlar Komitəsinin sədri Tanrıverdi Paşa məlumat verib.
Qeyd edək ki, AMEA İqtisadiyyat İnstitutunun direktoru, prof. Nazim Müzəffərli də bir aylıq maaşını Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb. İnstitutun imkanı çatan digər əməkdaşları da bu təşəbbüsə qoşulublar və hazırda da bu proses davam edir.
Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun əsasnaməsinə əsasən, Silahlı Qüvvələrin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycan ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər könüllü ödəmələr həyata keçirə bilərlər.
Eşq olsun şanlı və müzəffər Azərbaycan Ordusuna!
Qarabağ Azərbaycandır!
(economics.com.az).