Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun şöbə müdiri Fuad Qənbərov bir aylıq maaşını Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb

  • Oxunub 331 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru Fuad Qənbərov bir aylıq əməkhaqqı məbləğində vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib.

 Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun əsasnaməsinə əsasən, Silahlı Qüvvələrin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycan ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər könüllü ödəmələr həyata keçirə bilərlər.

 Eşq olsun şanlı və müzəffər Azərbaycan Ordusuna!

 Qarabağ Azərbaycandır!

(economics.com.az).