Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Rusiyalı iqtisadçı alim: “Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir”

  • Oxunub 450 dəfə

 Azərbaycan torpaqlarının erməni hərbçilərinin işğalından azad olunması və öz ərazi bütövlüyünün bərpası uğrunda Qarabağda apardığı uğurlu hərbi əməliyyatlarla bağlı AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərli (İmanov) dünyanın müxtəlif ölkələrindəki həmkarlarına göndərdiyi məktublara cavablar daxil olmaqdadır.

  Onlardan biri, Rusiya Elmlər Akademiyası Dağıstan Federal Tədqiqat Mərkəzi, Sosial-İqtisadi Tədqiqatlar İnstitutunun Regional inkişafın nəzəriyyəsi və metodologiyası şöbəsinin müdiri, iqtisad elmləri namizədi Nəbiyula Qiçiev Azərbaycan ərazilərinin işğaldan azad edilməsi məsələsində ölkəmizin haqq işini dəstəklədiklərini bildirir.

Məktubda deyilir:

“Hörmətli professor Nazim Müzəffərli!

Azərbaycanda baş verənlərlə bağlı Sizin müraciətinizə heç kim laqeyid qala bilməz. Azərbaycanın ərazi bütövlüyü BMT Təhlükəsizlik Şurasının qərarına uyğun olaraq bütün dünyanın dürüst və nəcib insanlarının dəstəyi ilə təmin edilməlidir. 

Elmi ictimaiyyət bu prosesin ayrılmaz hissəsidir və biz öz tərəfimizdən, qanunsuz olaraq işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi məsələsinin ədalətli şəkildə həlli üçün əlimizdən gələni edəcəyik.

Müraciətiniz Rusiya Elmlər Akademiyası (REA) Sosial-İqtisadi Tədqiqatlar İnstitutunun və REA-nın Dağıstan Federal Tədqiqat Mərkəzinin əməkdaşları arasında yayılıb, İnstitutumuzun stendində yerləşdirilib

Hörmətlə, Nəbiyula Qiçiev”

P.S. İndicə aldığımız məlumata görə, Böyük Britaniyadan Lord David Evans da cavab məktubu göndərərək, öz dəstəyini ifadə edib.