AMEA İqtisadiyyat İnstitutu əməkdaşlarının xarici həmkarlarına ünvanladıqları müraciətə cavablar daxil olmaqdadır
- Oxunub 500 dəfə
AMEA İqtisadiyyat İnstitutu əməkdaşlarının xarici həmkarlarına ünvanladıqları müraciətə cavablar daxil olmaqdadır. Onların bir neçəsini diqqətinizə təqdim edirik.
Təşəkkür edirəm. Hadisələri diqqətlə izləyirik. Müraciətiniz faydalı oldu. Amma ən yaxşı izahları Prezident İ.Əliyevin “AvroNyus” kanalına verdiyi müsahibədən aldıq. Sizinləyik!
Fərhad Tolipov
«Bilim karvoni» qeyri-hökumət təhsil müəssisəsinin direktoru
siyasi elmlər üzrə fəlsəfə doktoru
(Daşkənd, Özbəkistan)
Azərbaycanda baş verənlər haqqında yazdıqlarınıza kiminsə biganə qalması mümkün deyil. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, BMT Təhlükəsizlik Şurasının qərarları təm həcmdə yerinə yetirilməlidir. Dünyanın bütün vicdanlı və ləyaqətli adamları öz səylərini buna yönəltməlidirlər.
Elmi ictimaiyyət bu prosesin ayrılmaz tərkib hissəsinə çevrilməlidir. Biz, öz növbəmizdə, bütün səylərimiz ona yönəldəcəyik ki, Azərbaycanın qanunsuz olaraq işğal olunmuş ərazilərinin azad edilməsi problemi ədalətli şəkildə həllini tapsın.
Müraciətiniz İnstitutumuzun bütün əməkdaşlarına göndərilmiş və İnstitutun stendində də asılmışdır.
Nabiyulla Qiçiyev
REA Dağıstan mərkəzi
Sosial-iqtisadi araşdırmalar İnstitutunun şöbə müdiri
(Dərbənd, RF)
AMEA İqtisadiyyat İnstitutu direktorunun məktubuna görə Sizə təşəkkür edirəm. Fikrimcə, bu konstruktiv məktubda Qarabağ ətrafındakı vəziyyətin obyektiv qiymətləndirilməsi təqdim edilmişdir. Mövqeyinizi dəstəkləyirəm: bu həqiqətən də Ermənistan tərəfindən bir təcavüzdür. Onların silahlı qüvvələri işğalçıdır.
Atəş altında qalan mülki şəxslərin halına acıdığımı və Azərbaycan xalqı ilə həmrəyliyimi bildirirəm. Ümidvaram ki, dünya birliyinin səyləri ilə atəşkəsə nail olunacaq və sülh danışıqlarının bərpası üçün irəli sürülmüş şərtlər yerinə yetiriləcəkdir.
Professor Sergey Kirsanov
Rusiya Bələdiyyə Akademiyasının həqiqi üzvü
Bələdiyyələrin İnkişafı İnstitutunun Prezidenti
(Moskva, RF)
Əla sənəddir. Mən bunu bir çox adamlarla, hətta soyadı “yan”la bitən bəzi ABŞ vətəndaşları ilə də paylaşacağam.
Professor Frederik Starr
C.Hopkins Universiteti nəzdindəki
Mərkəzi Asiya və Cənubi Qafqaz İnstitutunun direktoru
(Vaşinqton, ABŞ)
Məktubunuza və göndərdiyiniz sənədə görə dərindən minnətdaram. Dəstəyim və ən xoş arzularım Sizinlədir!
Lord Deyvid Evans
(London, Böyük Britaniya)
Mən Azərbaycanı sevirəm və bölgənizdə baş verənləri həyəcanla izləyirəm. Gözəl, zəngin və sülhpərvər ölkənizdə dəfələrlə olmuş, hətta bir müddət orada yaşamışam. Dərindən ümid edirəm ki, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, problem BMT Təhlükəsizlik Şurasının qərarlarına müvafiq surətdə, ədalətlə həll olunacaqdır. Azərbaycan xalqına səadət və sülh arzulayıram. Həmçinin ümidvaram ki, sizlərlə dostluğum sonsuza qədər davam edəcəkdir.
Yang Jin
Çin Sosial Elmlər Akademiyası Baş katibinin müavini
hüquq elmləri doktoru (Pekin, ÇXR)
Dövlətlərin ərazi bütövlüyünə hörmət, beynəlxalq səviyyədə tanınmış sərhədlərin zorla dəyişdirilməsinin yolverilməzliyi və bu vəsilə ilə Azərbaycanı dəstəkləməyim haqqında fikirlərimi mən sizə artıq bildirmişəm. Müraciətinizi həmkarlarımız arasında məmnuniyyətlə yayacağam.
Vladimer Papava
Gürcüstan MEA akademiki, professor
AMEA İqtisadiyyat İnstitutunun fəxri doktoru
Biz birlikdəyik!
Azimxan Satıbaldin
Qazaxıstan MEA akademiki
İqtisadiyyat və Proqnozlaşdırma İnstitutunun direktoru
(Astana, Qazaxıstan)