İqtisad Elmləri üzrə Elmi Şuranın onlayn iclası keçirilib
- Oxunub 545 dəfə
Oktyabrın 29-da AMEA İqtisadiyyat İnstitutunda Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası nəzdində İqtisad Elmləri üzrə Elmi Şuranın onlayn iclası keçirilmişdir. Şuranın sədri, AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərlinin sədrliyi ilə baş tutan toplantıda yeni təqdim olunmuş dissertasiya işlərinin mövzuları müzakirə edilərək təsdiq edilmişdir.
İqtisad Elmləri üzrə Elmi Şuranın yeni təyin olunmuş elmi katibi, i.f.d., dosent Yunus Sadıqov economics.com.az saytına bildirib ki, iclasda bir necə ali təhsil müəssisələrinin fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə təhsil alan 25 doktorant və dissertantının dissertasiya mövzuları müzakirə edilmiş, onlardan 19-u təsdiqlənmişdir, 6-sı isə qeydiyyata alınmayıb, həmin mövzulara növbəti iclaslarda təkrarən baxılacaq (economics.com.az).