Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Qazaxıstanlı akademik: “Bütün xalqınızı Qələbə münasibəti ilə təbrik edirəm!”

  • Oxunub 339 dəfə

 Qazaxıstan Təhsil və Elm Nazirliyi nəzdində İqtisadiyyat İnstitutunun direktoru, Qazaxıstan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Əzimxan Satıbaldin AMEA İqtisadiyyat İnstitutuna təbrik məktubu göndərib. Məktubda deyilir:

Əziz dostlar! Qarabağ uğrunda müharibədə xalqınızın zəfər çalmasına ürəkdən sevinirəm. Tarixi torpaqlarınızın geri alınması və ölkənizin ərazi bütövlüyünün bərpa olunması xalqınızın möhtəşəm nailiyyətidir, qəhrəman şəhidlərinizin xidmətidir. Şadam ki, xalqlar arasında həqiqi sülhün bərqərar edilməsi üçün indi real imkan yaranıb. Ümidvaram ki, bu sülh əbədi olacaq!

İqtisadiyyat İnstitutunun kollektivini, bütün xalqınızı Qələbə münasibəti ilə təbrik edirəm! İndi qarşıda, azad edilmiş ərazilərin bərpası üzrə nəhəng işlər var. Azərbaycana bu işlərdə də uğurlar arzulayıram!

Hörmətlə, akademik Ə.Satıbaldin

10 noyabr 2020-ci il