İqtisad Elmləri üzrə Elmi Şurada dissertasiya işlərinin mövzuları müzakirə edilmişdir
- Oxunub 340 dəfə
Noyabrın 18-də AMEA İqtisadiyyat İnstitutunda Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası nəzdində İqtisad Elmləri üzrə Elmi Şuranın onlayn iclası keçirilmişdir. Şuranın sədri, AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərlinin sədrliyi ilə baş tutan toplantıda yeni təqdim olunmuş dissertasiya işlərinin mövzuları müzakirə edilmişdir.
İqtisad Elmləri üzrə Elmi Şuranın elmi katibi, i.f.d., dosent Yunus Sadıqov economics.com.az saytına bildirib ki, iclasda bir necə ali təhsil müəssisələrinin fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə təhsil alan 16 doktorant və dissertantının dissertasiya mövzuları müzakirə edilmiş, onlardan 15-i təsdiqlənmiş, 1-nə növbəti iclaslarda təkrarən baxılacaqdır (economics.com.az).