Qarabağ yenidən çiçəklənəcək!
- Oxunub 390 dəfə
İşğaldan azad olunan ərazilərin bərpa proqramlarının hazırlanması üzrə ölkəmizdə həyata keçiriləcək sistemli fəaliyyətə töhfə vermək məqsədilə AMEA-nın İqtisadiyyat İnstitutunda Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzi yaradılıb. Məqsəd müvafiq dövlət qurumları ilə əməkdaşlıq etməklə işğaldan azad olunan ərazilərin bərpası üzrə kompleks proqramlar hazırlamaqdır.
İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Akif Musayev Elm TV-yə müsahibəsində bu bərpa planının üzərində çoxdan, hələ Birinci Qarabağ müharibəsindən sonra işlərin aparıldığını qeyd edib. O, hazırlanacaq bərpa proqramlarında Dağlıq və Aran Qarabağa vahid sosial-iqtisadi məkan kimi baxılacağını söyləyib.
Daha ətraflı Elm TV-də izləyə bilərsiniz.