Dosent Leyli Allahverdiyeva İqtisadiyyat İnstitutunun elmi katibi vəzifəsinə təsdiqlənib
- Oxunub 727 dəfə
Dekabrın 11-də keçirilən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında iqtisad üzrə fəlsəfə doktoru, dosent Rəsmiyyə Abdullayeva öz xahişi ilə AMEA İqtisadiyyat İnstitutunun elmi katibi vəzifəsindən azad edilib, onun yerinə iqtisad üzrə fəlsəfə doktoru, dosent Leyli Allahverdiyeva təsdiqlənib.
Qeyd edək ki, dosent Rəsmiyyə Abdullayeva AMEA İqtisadiyyat İnstitutunun “Həyat səviyyəsinin sosial-iqtisadi problemləri” şöbəsinin müdiri kimi fəaliyyətini davam etdirəcək.
Onların hər ikisinə öz fəaliyyətlərində uğurlar arzulayırıq (economics.com.az).