Professor Akif Musayevin elmi məqaləsi “Springer” nəşriyyatında çap olunub
- Oxunub 451 dəfə
AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Akif Musayevin, Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin və ADA Universitetinin alimləri ilə birgə “Dövlət - iqtisadi subyektin kölgə iqtisadiyyatı və vergi sahəsində qarşılıqlı əlaqəsinin fazzi tənzimlənməsi modeli” (“Fuzzy Regulation Model of the Interaction Between the State and Economic Subject Within the Shadow Economy and Tax Field”) adlı məqaləsi “Springer” Beynəlxalq Nəşriyyatında (Springer International Publishing) “14th International Conference on Theory and Application of Fuzzy Systems and Soft Computing – ICAFS-2020” mövzusunda keçirilmiş konfransın materiallarında çap olunub.
Məqalədə idarəedici faktor rolunda çıxış edən iqtisadi fəaliyyətin rentabelliyi, kölgədə qalma xərci, vergi və gəlirin ümumi faydalılığa töhfəsi fazzi yanaşma ilə qiymətləndirilmişdir. Kölgə iqtisadiyyatının qiymətləndirilməsi üçün gizlədilmiş rentabelliyə əsasən yeni metod təklif edilmişdir. Təklif olunan yanaşma yayındırılmış dövriyyəni real rentabelliklə bəyan olunmuş rentabelliyin fərqinə əsasən qiymətləndirməyə imkan verir və bu əsasda yayındırılmış vergi hesablanır. Beləliklə, ilk dəfə olaraq kölgə iqtisadiyyatının xüsusi çəkisinin qiymətləndirilməsi üçün iqtisadiyyatın səmərəliliyini xarakterizə edən əsas faktorlardan biri rentabellikdən istifadə olunmasını yayındırılmış verginin hesablanması üçün effektiv yanaşma olduğu təsbit edilmişdir.
Məqalə ilə aşağıdakı linkdə tanış olmaq olar:
https://link.springer.com/chapter/10.1007/978-3-030-64058-3_27#citeas