Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Seminarda doktorluq dissertasiya işi müzakirə olunub

  • Oxunub 554 dəfə

 Fevralın 23-də AMEA İqtisadiyyat İnstitutunda 5310.01- «Dünya İqtisadiyyatı» və 5308.01 -“Ümumi iqtisadiyyat” ixtisasları üzrə birgə elmi seminar keçirilmişdir. 

 Seminarda Gülalıyev Mayis Gülalı oğlunun iqtisad elmləri doktoru elmi dərəcəsi almaq üçün “Qloballaşma şəraitində Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin liberal-dirijist istiqamətləri” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi aparılmışdır.

 İqtisad elmləri doktoru, professor  Rövşən Quliyevin sədrliyi ilə baş tutan iclasda iddiaçı barədə Elmi Seminarın katibi, i.f.d., dos. Aqil Eyvazov məlumat verib. M.Gülalıyev dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Sonra iş üzrə təyin olunmuş rəyçilərin (i.e.d., professorlar - Fərhad Rəhmənov, Arif Şəkərəliyev, Gülənbər Əzizova və İrşad Kərimov) rəyi dinlənilib. İddiaçı rəyçilərin və seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırıb. Seminar üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb.

 Sonda dissertasiya işi açıq səsvermə yolu ilə müdafiə mərhələsinə tövsiyə olunub (economics.com.az).