Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA İqtisadiyyat İnstitutunun direktoru xarici ölkələrdəki həmkarlarına müraciət məktubu göndərib

  • Oxunub 1786 dəfə

 Məlum olduğu kimi, Azərbaycan Qarabağda apardığı 44 günlük Vətən müharibəsi və uğurlu hərbi əməliyyatların nəticəsi olaraq öz torpaqlarını erməni hərbi birləşmələrinin işğalından azad etdi və ərazi bütövlüyü bərpa olundu. İndi yeni - işğaldan azad olunmuş ərazilərin bərpası, tikinti və quruculuq işləri, Qarabağda həyatın yenidən dirçəldilməsi mərhələsi başlayıb.

 Ancaq Ermənistanda Azərbaycana qarşı revanşist şüarlar səsləndirilir, yenidən müharibə təbliğatı aparılmaqla qeyri-konstruktiv mövqe sərgilənir. Belə bir şəraitdə, bu sahədə Azərbaycanın həyata keçirdiyi sülh və inkişaf məqsədlərinə xidmət edən haqq işinin dünya elmi içtimaiyyətinə çatdırılması məqsədilə AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərli (İmanov) dünyanın müxtəlif ölkələrindəki 100-ə yaxın xarici həmkarına, o cümlədən iqtisadiyyat üzrə Nobel mükafatçılarına, iqtisadi araşdırma mərkəzlərinin rəhbərlərinə, tanınmış iqtisadçı-alimlərə müraciət ünvanlayıb.

Həmin məktublar: 

İngilis dilində

Rus dilində