İTV Xəbər: “AMEA İqtisadiyyat İnstitutunun direktoru xarici ölkələrdəki həmkarlarına müraciət məktubu göndərib”
- Oxunub 681 dəfə
Məlum olduğu kimi, Azərbaycanın işğaldan azad olunmuş Qarabağ torpaqlarında həyata keçirdiyi sülh və inkişaf məqsədlərinə xidmət edən haqq işinin dünya elmi içtimaiyyətinə çatdırılması məqsədilə AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərli (İmanov) dünyanın müxtəlif ölkələrindəki 100-ə yaxın xarici həmkarına, o cümlədən iqtisadiyyat üzrə Nobel mükafatçılarına, iqtisadi araşdırma mərkəzlərinin rəhbərlərinə, tanınmış iqtisadçı-alimlərə müraciət ünvanlayıb. Bununla bağlı İctimai Televiziyanın “Xəbərlər” proqramında xəbər yayımlanıb. Həmin sujetə aşağıdakı linkdə baxa bilərsiniz.