Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

"İqtisadi Artım və İctimai Rifah" jurnalının yeni nömrəsi

  • Oxunub 475 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun "İqtisadi Artım və İctimai Rifah" jurnalının 2021-ci ildə ilk nömrəsi oxuculara təqdim olunub

 Jurnalın bu sayında “Azərbaycanın işğaldan azad edilən ərazilərində sahibkarlığın mütərəqqi menecment formaları əsasında inkişaf istiqamətləri”, “Cənubi Qafqaz ölkələrində iqtisadi inkişafa təsir edən xarici iqtisadi amillərin qiymətləndirilməsi”, “Nanotexnologiyaların neft sənayesində tətbiqinin və maliyyələşdirilməsinin beynəlxalq təcrübəsinin tədqiqi”, “Azərbaycanda pensiya sisteminin liberallaşdırılmasına təsir göstərən iqtisadi amillər”, “Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələrinin inkişafinda xarici ticarətin rolu”, “Şəbəkə hazırlığı indeksi: Azərbaycanda fərdlərin texnologiyalardan və İKT biliklərindən istifadə dərəcəsi” və s. maraqlı və aktual mövzularda elmi məqalələr yer alıb.

"İqtisadi Artım və İctimai Rifah" jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) 11 dekabr 2020-ci il tarixli qərarı ilə Azərbaycanda dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilmişdir.

“Elmi əsərlər” jurnalının varisi olan dərgi Azərbaycan Respublikası Әdliyyə Nazirliyində 26.04.2011-ci ildə qeydiyyata alınmışdır (Reyestr № 3402). Habelə beynəlxalq ISSN mərkəzi (Paris) 2020-ci ildə jurnala ISSN kodu vermişdir: ISSN 2707-9309; E-ISSN 2707-9317. Jurnal Internet Archive, Road, Academia.edu, Scribd, Calameo indekslərinə daxildir. Xülasələndirilmə və indeksləşdirilmə davam etməkdədir.  

2020-ci ildə jurnalın redaksiya heyətinin üzvləri yenilənmiş, dünyanin nüfuzlu ölkələrinin universitetlərinin iqtisadiyyat üzrə tanınmış iqtisadçı alimləri, akademik və professorlar yeni tərkibə daxil edilmişdir. İldə 4 dəfə dərc olunacaq elmi nəşrin baş redaktoru iqtisad elmləri doktoru, professor Nazim Müzəffərli (İmanov), baş redaktorun müavini, professor Müşfiq Atakişiyev, məsul katibi iqtisad üzrə fəlsəfə doktoru, dosent Nəsimi Əhmədovdur.

Jurnal iqtisadiyyat sahəsində elmi-nəzəri məqalələrin, araşdırma materiallarının müasir dövrün tələblərinə uyğun formatda nəşrini həyata keçirir. Məqalələr Azərbaycan, rus, türk və ingilis dillərində çap edilir. Habelə jurnalın elektron variantı İqtisadiyyat İnstitutunun İnternet saytında (economics.com.az) yerləşdirilir ki, burada məqalələrlə elektron qaydada da tanış olmaq mümkündür (economics.com.az).

"İqtisadi Artım və İctimai Rifah" jurnalı №1, 2021