Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

QMKİDK sədri Rövşən Rzayev AMEA İqtisadiyyat İnstitutunda professor Nazim İmanovla görüşüb

  • Oxunub 775 dəfə

 Mayın 4-də AMEA İqtisadiyyat İnstitutunda Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sədri, cənab Rövşən Rzayev ilə İnstitutun direktoru, professor Nazim Müzəffərli (İmanov) arasında görüş keçirilib.

 Görüşün əsas məqsədi – Qarabağ işğaldan azad edildikdən sonra orada aparılacaq bərpa və yenidənqurma ilə bağlı məsələlərin müzakirəsi, QMKİDK ilə elmi qurumlar arasında bu sahədə mümkün və faydalı ola biləcək əməkdaşlıq istiqamətlərinin müzakirəsi olub.

 Görüş iştirakçıları Azərbaycanın öz əzəli torpaqlarını işğaldan azad etməsini dövlətimizin və xalqımızın ən şərəfverici nailiyyəti kimi qiymətləndiriblər. Qeyd ediblər ki, indi ölkəmizin qarşısında duran iri miqyaslı bərpa işlərinin uğurla həyata keçirilməsi, məcburi köçkünlərin öz doğma yurd-yuvalarına effektiv bir şəkildə repatriasiyası üçün bütün dövlət orqanlarının, siyasi və ictimai təşkilatların, elmi ictimaiyyətin və ümumən bütün vətəndaşlarımızın əl-ələ, çiyin-çiyinə yorulmadan çalışması vacib şərtdir.

 QMKİDK sədri və İnstitutun direktoru bu məsələlərin həlli istiqamətində hər cür əməkdaşlığa hazır olduqlarını ifadə ediblər.

 

 economics.com.az saytı olaraq qeyd etmək istərdik ki, bu, Dövlət Komitəsinin sədri kimi yüksək rütbəli bir hökumət adamının AMEA institutunu ziyarət edərək işgüzar əməkdaşlıq münasibətləri ətrafında müzakirələr aparması haqqında bizə daxil olan ilk məlumatdır (economics.com.az).