Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Sosial təminat: liberal və dirijist iqtisadi sistemlərdə” kitabı çap edilib

  • Oxunub 551 dəfə

 Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun “Həyat səviyyəsinin sosial-iqtisadi problemləri” şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rəsmiyyə Abdullayevanın “Sosial təminat: liberal və dirijist iqtisadi sistemlərdə” adlı monoqrafiyası nəşr olunub.

  İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çapa tövsiyyə olunan kitabın elmi redaktorları AMEA-nın müxbir üzvü, i.e.d., professor Şahbaz Muradov və İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, i.f.d., dos. Alahyar Muradovdur. Kitabın rəyçiləri i.e.d., professor Müşviq Atakişiyev və i.f.d., dos. Pərviz Həsənovdur.

 Monoqrafiyada sosial təminat siteminin nəzəri əsasları, sosial təminat sisteminin dövlət tənzimləməsi istiqamətləri verilmişdir. Liberal və dirijist sisitemlərdə sosial təminat sistemləri ətraflı təhlil olunmuşdur. İlk dəfə olaraq Azərbaycanda sosial təminat sisteminin liberallığı-dirijistliyi səviyyəsi ölçülmüş, sosial təminat sisteminin tənzimlənməsi istiqamətləri göstərilmişdir. Kitab elmi işçilər, ali məktəb müəllimləri, tələbələr, doktorantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur (economics.com.az).

“Sosial təminat: liberal və dirijist iqtisadi sistemlərdə” kitabı (elektron formatda)