Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi seminarda “Azərbaycan Respublikasında sosial müdafiə sisteminin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi” mövzusunda doktorluq dissertasiya işi müzakirə edilib

  • Oxunub 437 dəfə

 Mayın 27-də AMEA İqtisadiyyat İnstitutunda 5308.01 - “Ümumi iqtisadiyyat” və 5312.01 - “Sahə iqtisadiyyatı” ixtisları üzrə birgə elmi seminar keçirilmişdir.

 Seminarda Abdullayeva Rəsmiyyə Sabir qızının iqtisad üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycan Respublikasında sosial müdafiə sisteminin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi” mövzusunda dissertasiya işinin müzakirəsi aparılmışdır.

 İqtisad elmləri doktoru, professor Elşad Məmmədovun sədrliyi ilə baş tutan iclasda iddiaçı barədə Elmi Seminarın katibi, i.f.d., dos. Kamran Abdullayev məlumat verib. R.Abdullayeva dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Sonra iş üzrə təyin olunmuş rəyçilərin (i.e.d., professorlar Gülənbər Əzizova, Xatirə Hüseynova, Füzuli Məmmədov və İlham Aslanzadə) rəyi dinlənilib. İddiaçı rəyçilərin və seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırıb. Seminar üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb.

Sonda dissertasiya işi açıq səsvermə yolu ilə müdafiə mərhələsinə tövsiyə olunub (economics.com.az).