Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“İstehsalın dayanıqlı inkışafının təmin olunmasının makro-iqtisadi problemləri” mövzusunda dissertasiya işi müdafiə olundu

  • Oxunub 423 dəfə

 İyunun 18-də AMEA-nın İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi üzrə iclas keçirilib.

 Şuranın sədri, i.e.d., professor Nazim Müzəffərlinin sədrlik etdiyi iclasda Serttaş Leyla Rövşən qızının iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 5307.01 - “İqtisadi nəzəriyyə” ixtisası üzrə “İstehsalın dayanıqlı inkışafının təmin olunmasının makro-iqtisadi problemləri (aqrar sahənin materialları əsasında)” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi aparılmışdır (elmi rəhbər prof. İ.Alıyev). Dissertasiya işi AMEA İqtisadiyyat İnstitutunun Aqrar islahatlar və ərzaq təhlükəsizliyi şöbəsində yerinə yetirilib.

 İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Sevda Seyidova məlumat verdikdən sonra L.Serttaş dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlər - i.e.d. Seyfəddin Səməndərov, i.e.d., prof. Gülənbər Əzizova və i.f.d., dos. Rüfət Efendiyevin rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb.

Sonda L.Serttaşın dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.com.az).

İddiaçının dissertasiya işi və avtoreferatı ilə aşağıdakı linkləri yükləməklə tanış olmaq mümkündür.

Avtoreferat

Dissertasiya