Beynəlxalq Bankın sahibkarlar üçün keçirəcəyi təlimlərə AMEA-nın İqtisadiyyat İnstitutu dəstək verəcək
- Oxunub 540 dəfə
Azərbaycan Beynəlxalq Bankı Sahibkarlar Klubuna üzv olan bir qrup iş adamı üçün Dövlət Vergi Xidmətinin Şamaxıda yerləşən Tədris Mərkəzində “Post-konflikt ərazilərin bərpası: biznes imkanları” mövzusunda təlimlər təşkil edəcək. 29-30 iyun tarixlərində keçiriləcək təlimlərə Dövlət Vergi Xidməti, KOBİA və AMEA-nın İqtisadiyyat İnstitutu da dəstək verəcək.
Tədbirdə AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərlinin rəhbərliyi ilə İnstitutun 3, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 2, ADA Universitetinin 1 əməkdaşı da təlimçi qismində iştirak edəcəklər.
Təlim iştirakçılarına düşməndən azad edilmiş ərazilərimizdə sahibkarlığın inkişafı və yeni biznes imkanları, Azərbaycan Beynəlxalq Bankının iş adamlarına təqdim etdiyi məhsul və xidmətlər, eləcə də mühasibatlıq, biznesin təkmilləşdirilməsi ilə bağlı mövzular təqdim ediləcək (economics.com.az).