“AMEA-nın xəbərləri. İqtisadiyyat seriyası” jurnalının yeni nömrəsi nəşr olunub
- Oxunub 442 dəfə
AMEA-nın İqtisadiyyat İnstitutunun “AMEA-nın xəbərləri. İqtisadiyyat seriyası” elmi jurnalının 2021-ci il üzrə birinci nömrəsi oxuculara təqdim olunub. Jurnaldakı bütün elmi məqalələrin elektron variantı İqtisadiyyat İnstitutunun internet saytında – economics.com.az - da yerləşdirilib. Məqalələri saytdan yükləməklə oxumaq mümkündür.
Jurnalda 17 elmi məqalə dərc olunub. Nəşrdə “Postkonflikt ərazilərdə innovativ inkişaf infrastrukturunun formalaşması problemləri”, “Rəqəmsallaşma və əmək bazarı”, “Azərbaycan Respublikasında məşğulluq sahəsində gender bərabərliyinin təmin edilməsi istiqamətləri”, “Azərbaycanda dövlətin sosial xərclərinin ümumi tendensiyasi: 2010-2020-ci illərdə təhsil, səhiyyə və sosial müdafiə xərcləri”, “Naxçıvan Muxtar Respublikasında makroiqtisadi inkişaf və dayanıqlılıq”, “Regionlarda ərzaq təminatının yaxşılaşdırılması məsələləri”, “Sahibkarlıq universitetlərinin insan kapitalı və sosial kapitalın inkişafında rolu”, “Müasir dövrdə maliyyə texnologiyalarının inkişaf istiqamətləri”, “Müasir təcrübədə innovasiya fəaliyyətinin stimullaşdırılması xüsusiyyətləri” və s. kimi mövzularda aktual elmi məqalələr yer alıb.
Xatırladaq ki, AMEA Rəyasət Heyətinin qərarı ilə 1966-cı ildən nəşr olunan jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin” siyahısına daxildir (economics.com.az).
“AMEA-nın Xəbərləri İqtisadiyyat seriyası” jurnalının 2021-1 sayı