AMEA İqtisadiyyat İnstitutunun doktoranturasına ixtisas fənləri üzrə qəbul imtahanı keçirilib
- Oxunub 442 dəfə
Sentyabrın 14-də AMEA İqtisadiyyat İnstitutunda pandemiya şəraitinin tələblərinə uyğun olaraq, müvafiq ixtisas – iqtisadiyyat fənləri üzrə fəlsəfə doktoru hazırlığı proqramı üzrə doktoranturaya test üsulu ilə qəbul imtahanı keçirilmişdir. İmtahanların gedişini AMEA Rəyasət Heyəti Təhsil şöbəsinin Doktorantura sektorunun müdiri, b.ü.f.d., dosent Tubuxanım Qasımzadə izləyib.
İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) əmri ilə yaradılmış imtahan komissiyasına İnstitutun direktor müavini, i.f.d., dosent Allahyar Muradov (sədr), i.e.d., professorlar - Akif Musayev (sədr müavini), Müşfiq Atakişiyev, Tərbiz Əliyev, Gülşən Yüzbaşıyeva, Rəna Sultanova və Fuad Qənbərov daxil ediliblər.
Şəffaflıq və müasir kompüter proqramlarının tədbiqi şəraitində baş tutan imtahanda doktoranturaya qəbul üzrə ingilis dili və fəlsəfə imtahanlarından uğurla keçmiş 6 nəfər iştirak edib. İmtahandan sonra nəticələr açıqlanıb, bütün iştirakçılar imtahanı müvəffəqiyyətlə verərək müsabiqəyə buraxılıblar.
Fəlsəfə doktoru hazırlığı üzrə AMEA İqtisadiyyat İnstitutunun doktoranturasına qəbul üzrə 5 plan yeri ayrılıb. İmtahan komissiyası tərəfindən bütün imtahanların nəticələri nəzərə alınmaqla doktoranturaya qəbul olanların adları açıqlanacaq (economics.com.az).