Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Professor Nazim Müzəffərli AMEA-nın İqtisadiyyat İnstitutunun baş direktoru vəzifəsinə təsdiq olunub

  • Oxunub 1295 dəfə

  Oktyabrın 1-də Azərbaycan Milli  Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

 İclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rəyasət Heyətinin digər üzvləri akademiklər – İsa Həbibbəyli, İbrahim Quliyev, Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, Tofiq Nağıyev, Arif Həşimov, Cəmil Əliyev, Gövhər Baxşəliyeva, Fikrət Əliyev, Adil Qəribov, İsmayıl Hacıyev, Fuad Əliyev, eləcə də Rəyasət Heyətinin aparat rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov, AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirov və aidiyyəti üzrə dəvət olunmuş şəxslər iştirak ediblər.

 İclası giriş sözü ilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açıb. Ötən il sentyabrın 27-də başlamış Vətən müharibəsinin Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük Zəfərlə başa çatdığını diqqətə çatdıran Akademiya rəhbəri bu Qələbənin ölkəmizin tarixində xüsusi yeri olduğunu vurğulayıb. AMEA prezidenti ölkə rəhbərliyinin Azərbaycan elmi qarşısında qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində elmi-tədqiqat işlərinin səmərəliliyinin artırılmasının vacibliyini diqqətə çatdırıb.

 Rəyasət Heyətinin iclasında bir sıra məsələlərə baxılıb, geniş müzakirələrdən sonra müvafiq qərarlar qəbul olunub. O cümlədən, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərli (İmanov) AMEA-nın İqtisadiyyat İnstitutunun, akademik Gövhər Baxşəliyeva AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun baş direktoru vəzifələrinə təsdiq olunublar.