Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA İqtisadiyyat İnstitutunda Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib

  • Oxunub 367 dəfə

 Oktyabrın 28-də AMEA-nın İqtisadiyyat İnstitutunun baş direktoru, i.e.d., professor Nazim Müzəffərli (İmanov) Özbəkistan Respublikası Prezident Administrasiyası yanında İqtisadi Təhlil və İslahatlar Mərkəzinin direktoru Obid Hakimovun rəhbərliyi altında ölkəmizdə səfərdə olan nümayəndə heyətini qəbul edib.  

 Prof. Nazim Müzəffərli AMEA-nın İqtisadiyyat İnstitutunun əsas fəaliyyət istiqamətləri, fundamental araşdırmaları,  beynəlxalq reytinqlərdə Azərbaycanın mövqelərinin yaxşılaşdırılması üzrə aparılan elmi tədqiqatlar, Qarabağın iqtisadiyyatının yenidən qurulması sahəsində hökumətin həyata keçirdiyi böyük bərpa işləri və bu prosesdə öz sahəsi üzrə İqtisadiyyat İnstitutunun ekspertlərinin yaxından iştirakı barədə məlumat verib.

 Görüşdə iki ölkənin elmi institutlarının və tədqiqat mərkəzlərinin qarşılıqlı faydalı əməkdaşlığı, birgə layihələrin həyata keçirilməsi imkanları, qarşılıqlı təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

 Qeyd edək ki, CERR direktoru Obid Hakimovun rəhbərliyi altında nümayəndə heyətinin Prezident Administrasiyası, Milli Məclis və müxtəlif dövlət qurumlarına görüşləri təşkil olunub. Onlar ASAN, DOST, KOBİA, Azexport, Rəqəmsal Ticarət Qovşağı kimi milli brendlərin, həmçinin azranking.az, monitoring.az və EnterpriseAzerbaijan.com portallarının təcrübəsi ilə tanış olublar.  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə Özbəkistan Respublikası Prezident Administrasiyası yanında İqtisadi Təhlil və İslahatlar Mərkəzi arasında memorandum imzalanıb. İİTKM-in təşkilatçılığı ilə baş tutan səfərin məqsədi Prezident İlham Əliyevin rəhbərliyilə aparılan uğurlu iqtisadi islahatların inkişaf modelinin Özbəkistan nümayəndə heyəti tərəfindən öyrənilməsidir (economics.com.az).