“Qlobal rəqabətqabiliyyətlilik indeksi – 2020: Azərbaycanın mövqeyinin yaxşılaşdırılması” kitabı çapdan çıxıb
- Oxunub 584 dəfə
AMEA İqtisadiyyat İnstitutunun iqtisad elmləri doktoru, professor Gülşən Yüzbaşıyevanın rəhbəri olduğu bir qrup əməkdaşının müəllifi olduqları “Qlobal rəqabətqabiliyyətlilik indeksi – 2020: Azərbaycanın mövqeyinin yaxşılaşdırılması” kitabı çap olunub.
İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr edilən kitabın elmi redaktoru iqtisad elmləri doktoru, professor İrşad Kərimli, rəyçiləri - i.e.d., dosent Seyfəddin Səməndərov və i.f.d., dosent Ramil Əliyevdir.
Kollektiv monoqrafiyada müasir dövrdə iqtisadi münasibətlərə yön və istiqamət verən əsas reytinqlərdən olan qlobal rəqabətqabiliyyətlilik indeksi araşdırılıb, onun müxtəlif sub indeksləri üzrə təhlil və qiymətləndirmələr aparılıb. Əsasən də beynəlxalq müqayisəli göstəricilərdən istifadə etməklə Azərbaycanın mövqeyi müxtəlif sahələrdə təhlil və nəticələr verilib. Habelə subindekslər üzrə Azərbaycanın mövqeyi dinamik olaraq izlənmiş və daha da yüksəldilməsi istiqamətində konkret təkliflər irəli sürülmüşdür.
Monoqrafiya elmi-tədqiqat institutlarının əməkdaşları, dövlət orqanlarında, ictimai təşkilatlarda çalışan mütəxəssislər, ali məktəblərin müəllimləri və gənc tədqiqatçılar üçün nəzərdə tutulmuşdur (economics.com.az).
Kitabın elektron variantı
“Qlobal rəqabətqabiliyyətlilik indeksi – 2020: Azərbaycanın mövqeyinin yaxşılaşdırılması”