İqtisadiyyat İnstitutunun alimləri “İşğaldan azad olunmuş ərazilərin inkişafinin strateji aspektləri” mövzusunda vebinarda çıxış ediblər
- Oxunub 356 dəfə
Noyabrın 4-də Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsininin təşkilatçılığı ilə “İşğaldan azad olunmuş ərazilərin inkişafinin strateji aspektləri” mövzusunda vebinar keçirilib.
Tədbirdə millət vəkilləri Hicran Hüseynova, Vüqar Bayramov, Emin Hacıyev, Müşfiq Məmmədli, Mahir Abbaszadə, AMEA-nın müxbir üzvü, AMEA-nın İqtisadiyyat İnstitutunun Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri Akif Musayev, AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor Tərbiz Əliyev, “QARABAĞ” ordenli Polkovnik – leytenant Ehtiram Məmmədov, Vətən müharibəsi qaziləri və universitetin professor-müəllim heyəti iştirak etdilər.
Tədbirdə mövzu ətrafında çıxışlar olub, məruzələr dinlənilib. İqtisadiyyat İnstitutunun Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri Akif Musayev “Postkonflikt ərazilərdə məskunlaşma proseslərinin konseptual əsasları və istiqamətləri” mövzusunda məruzəsində azad olunan Azərbaycan ərazilərində infrastrukturun bərpası, əhalinin köçürülməsi, normal yaşayışın təmin edilməsi və iş yerlərinin yaradılması ilə bağlı konseptual məsələlər barədə ətraflı məlumat verib. Habelə İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor Tərbiz Əliyev “İşğaldan azad olunmuş ərazilərdə sahibkarlığın inkişaf etdirilməsinin aktual məsələləri” mövzusunda çıxış edib.
Məruzələr ətrafında maraqlı və geniş müzakirələr aparılıb.