Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Bizə Zəfər Günlərini yaşadanlara eşq olsun!

  • Oxunub 564 dəfə

 Noyabrın 5-də AMEA-nın İqtisadiyyat İnstitutunda 8 Noyabr - Zəfər Gününə həsr edilmiş tədbir keçirilib. 

 Tədbiri giriş sözü ilə açan İnstitutun baş direktoru, professor Nazim Müzəffərli (İmanov) Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın birliyi sayəsində Qarabağ uğrunda 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm və tarixi Qələbədən danışıb: "Prezident İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə Azərbaycan güclü ordu və iqtisadiyyat qurmaqla, habelə düşünülmüş uğurlu daxili və xarici siyasət yürütməklə addım-addım  bu qələbəyə doğru irəliləyib. 44 günlük müharibənin hər günü kədər qarışıq sevinclə dolu idi. Şəhidlərimizin canəzələri gəlirdi, amma bununla belə bilirdik ki, qələbəyə doğru bir addım da irəliləmişik. Hər gün ərazilərimizin işğaldan azad olunması ilə bağlı xoş xəbərlər alırdıq. Şuşanın alınması isə fantastik bir gün, hadisə oldu, əsgərlərimiz şücaət göstərdilər, dünya hərb tarixinə yeni səhifə yazdılar və bizə qürurlu, şərəfli günlər yaşatdılar. Ali Baş Komandan başda olmaqla bizə bu zəfər günlərini yaşadanlara eşq olsun!

 Hazırda Qarabağ çox sürətlə bərpa olunur, yenidən qurulur. Dünyanın heç bir yerində heç vaxt öz vəsaiti ilə bu sürətlə və bu səviyyədə post-konflikt ərazi bərpa olunamyıb. Bu da inanılmaz bir gerçəklikdir. Böyük həvəslə, şövqlə Azərbaycan Prezidentinin rəhbərliyi ilə Qarabağ yenidən qurulur. Tezliklə insanlar öz yurd-yuvalarına, evlərinə qayıdacaqlar və biz orada əbədi yaşayacağıq”.

 Digər çıxış edənlər – dosent Rəsmiyyə Abdullayeva, dos. Samirə Abbasova,  prof. Gülşən Yüzbaşıyeva, dos. Nəsimi Əhmədov, prof. Tərbiz Əliyev, prof. Rəna Sultanova, dos. Allahyar Muradov böyük qələbə ilə nəticələnmiş Vətən müharibəsindən,  Ali Baş Komandanın qətiyyətli addımlarından, uzaqgörən siyasətindən, Xalq-Prezident birliyindən, “Dəmir yumruq” əməliyyatından, tarixi qələbəyə aparan yoldan danışıblar. Azərbaycan əsgərinin qəhrəmanlıqları, həmin günlərdə xalqımızın birliyi, hamının cəbhə üçün əlindən gələn köməyi göstərdiyi qeyd olunub, qalib xalqın nümayəndəsi kimi keçirdikləri fəxarət, qürur hisslərini bölüşüblər. Erməni işğalçılarının Qarabağda törətdikləri vandalizmdən və dağıntılardan danışan alimlər bütün bunlara baxmayaraq əminliklə vurğulayıblar ki, ölkə Prezidentinin rəhbərliyi ilə uğurla həyata keçirilən böyük bərpa işləri nəticəsində tezliklə Qarabağda həyat yenidən canlanacaq. Qarabağın iqtisadiyyatı da elmi əsaslar üzərində ən müasir tələblər səviyyəsində tamamilə yenidən qurulacaq, inkiaşaf yoluna qədəm qoyacaq. Bu işdə Azərbaycan iqtisadçıları da öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmək əzmindədirlər. 

 Bü gün Qarabağda Azərbaycan bayrağının qürurla dalğalandığnı qeyd edən iqtisadçılar 8 Noyabr - Zəfər Günündə möhtəşəm qələbəyə görə bir daha Azərbaycan Prezidentinə öz təşəkkürlərini bildiriblər (economics.com.az).