“Təkrar istehsal prosesinin bazar mexanizmi və milli iqtisadi inkişafın sürətləndirilməsi” mövzusunda dissertasiya işi müdafiə edildi
- Oxunub 415 dəfə
Noyabrın 10-da AMEA-nın İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi üzrə iclas keçirilib.
Şuranın sədr müavini, i.e.d., professor Müşfiq Atakişiyevin sədrlik etdiyi iclasda Pərvin Süleyman qızı Verdiyevanın iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün (5307.01 - “İqtisadi nəzəriyyə”) “Təkrar istehsal prosesinin bazar mexanizmi və milli iqtisadi inkişafın sürətləndirilməsi” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi aparılmışdır (elmi rəhbərlər prof. İrşad Kərimli). Dissertasiya işi AMEA İqtisadiyyat İnstitutunun “İqtisadi siyasətin nəzəri əsasları və iqtisadi fikir tarixi” şöbəsində yerinə yetirilib.
İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Sevda Seyidova məlumat verdikdən sonra P.Verdiyeva dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlər - i.e.d., professorlar Ümüdvar Əliyev və Veysəl Əyyubov, i.f.d., dos. Elşən İbrahimovun rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda P.Verdiyevanın dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.com.az).