“AMEA-nın xəbərləri. İqtisadiyyat seriyası” jurnalının yeni nömrəsi nəşr olunub
- Oxunub 325 dəfə
AMEA-nın İqtisadiyyat İnstitutunun “AMEA-nın xəbərləri. İqtisadiyyat seriyası” elmi jurnalının 2021-ci il üzrə ikinci nömrəsi oxuculara təqdim olunub. Jurnaldakı bütün elmi məqalələrin elektron variantı İqtisadiyyat İnstitutunun internet saytında – economics.com.az - da yerləşdirilib. Məqalələri saytdan yükləməklə oxumaq mümkündür.
Jurnalda 25 elmi məqalə dərc olunub. Nəşrdə “Dünyanın iqtisadi arxitekturası: qlobal bərabərsizliyin sivilizasiya fərqliliyi”, “Ölkənin sosial-iqtisadi inkişafının davamlılığının qiymətləndirilməsi üçün statistik yanaşma”, “Bilik iqtisadiyyatının formalaşmasında innovativ texnologiyaların rolu”, “Yanacaq-enerji kompleksinin ətraf mühitə neqativ təsirlərinin azaldılması yolları”, “Pandemiyanın sığorta bazarına təsirinin qiymətləndirilməsi”, “Turizm müəssisələrinin rəqabətqabiliyyətinin yüksəldilməsində dövlət tənzimlənməsi mexanizmləri və hüquqi bazanın təkmilləşdirilməsi yolları”, “Azərbaycanda strateji yol xəritəsi kontekstində iqtisadiyyatda şəffaflığın artırılmasının aktual problemləri”, “Azərbaycanın Almaniya ilə iqtisadi əməkdaşlığının genişləndirilməsi perspektivləri” və s. kimi mövzularda aktual elmi məqalələr yer alıb.
Xatırladaq ki, AMEA Rəyasət Heyətinin qərarı ilə 1966-cı ildən nəşr olunan jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin” siyahısına daxildir (economics.com.az).
“AMEA-nın Xəbərləri İqtisadiyyat seriyası” jurnalının 2021-2 sayı