Ali Attestasiya Komissiyası İqtisadiyyat İnstitutunun şöbə müdirlərinə elmi ad və elmi dərəcə verib
- Oxunub 591 dəfə
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə AMEA İqtisadiyyat İnstitutunun şöbə müdirləri – iqtisad elmləri doktoru Fuad Qənbərova “Professor” elmi adı və dosent Mayis Gülalıyevə “İqtisad elmləri doktoru” elmi dərəcəsi adı verilib.
Dekabrın 7-də Ali Attestasiya Komissiyası tərəfindən həmin əməkdaşlarımıza müvafiq diplomlar dəqdim olunmuşdur.
Bu münasibətlə AMEA İqtisadiyyat İnstitutunun kollektivi adından professor Fuad Qənbərovu və i.e.d. Mayis Gülalıyevi ürəkdən təbrik edir, gələcək elmi fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq!