Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA İqtisadiyyat İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

  • Oxunub 390 dəfə

 Yanvarın 19-da AMEA İqtisadiyyat İnstitutunda 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Azərbaycanda həyata keçirdiyi qətliam nəticəsində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 İnstitutun baş direktoru, i.e.d., professor Nazim Müzəffərli Azərbaycanın müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban vermiş şəhidlərin adının tariximizə və qan yaddaşımıza əbədi həkk olunduğunu bildirib: “20 Yanvar hadisələri millətin qəhrəmanlıq tarixidir, nə qədər hüznlü olsa da, bir o qədər də qürurlu olmalıyıq. 20 Yanvar milli şərəf və qürur günüdür...

 Bu gün şəhidlərimizin ruhu rahatdır, torpaqlarımız işğaldan azad olunub, müstəqil dövlətimiz var. Bu gün müstəqil Azərbaycan Respublikası cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Hazırda Qarabağda intensiz şəkildə bərpa və yenidənqurma işləri aparılır. Azərbaycan bunu öz imkanları hesabına edir, ərzazisinin 20%-ni ən müasir standartlar səviyyəsində yenidən, həm də sıfırdan qurur. Tezliklə əhalinin də məskunlaşdırılması ilə Qarabağda həyat yenidən canlanacaq. Cənab Prezident bu sahədə çox böyük işlər görür”.

 Digər çıxış edənlər – i.e.d., professorlar Rəna Sultanova, İsa Alıyev, Tərbiz Əliyev, i.f.d., dosentlər Cəlil Quliyev, Allahyar Muradov, Mahir Zeynalov və başqaları 20 Yanvar hadisələri zamanı şahidi olduqları hadisələrdən, o dövrdə xalqımızın qəhrəmanlığından, şücaətindən, xalqın milli azadlıq hərakatından danışıblar, dövlət müstəqilliyimizin əldə olunmasını, qorunmasını və möhkəmləndirilməsini böyük tarixi nailiyyətimiz kimi qeyd ediblər.

 Habelə o dövrün ictimai-siyasi proseslərinə diqqət çəkərək faciənin baş verməsi səbəblərindən, xalqımızın həmin ağır günlərdə biliyindən, insanların azadlıq mübarizəsindən, fədakarlığından söz açıblar. 20 Yanvar şəhidlərinin adının müstəqillik tariximizə əbədi həkk olunduğunu, onların həmişə hörmətlə yad ediləcəklərini, Qarabağın işğaldan azad edilməsilə müstəqil Azərbaycanın ərazi bötövlüyünün təmin edilməsinə görə bütün şəhidlərimizin ruhlarının şad olduğunu vurğulayıblar (economics.com.az).