Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Gənclər Şəhidlər xiyabanını ziyarət ediblər

  • Oxunub 354 dəfə

 Yanvarın 20-də AMEA İqtisadiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) üzvləri  20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.

 Gənc iqtisadçılar bu tədbirə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının digər institutlardan olan həmkarları ilə birlikdə qatılıblar.

 Gənclər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini hörmət və ehtiramla yad ediblər, məzarları üzərinə tər qərənfillər düzüblər (economics.com.az).