İqtisadiyyat İnstitutunda doktorluq dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir
- Oxunub 536 dəfə
Fevralın 4-də AMEA İqtisadiyyat İnstitutunun “İqtisadi siyasətin nəzəri əsasları və iqtisad fikir tarixi”, “Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri” və “Xidmət sahələrinin inkişafı problemləri” şöbələrinin birgə iclasında İnstitutun elmi katibi, i.f.d., dosent Leyli Əli qızı Allahverdiyevanın iqtisad elmləri doktoru elmi dərəcəsi almaq üçün (5307.01- “İqtisadi nəzəriyyə” ixtisası üzrə) təqdim etdiyi “İnformasiya xidmətlərinin liberallıq dərəcəsinin ölçülməsi və iqtisadi təsirlərinin qiymətləndirilməsi” adlı dissertasiyasının ilkin müzakirəsi keçirilib.
İ.e.d., professor Müşfiq Atakişiyevin sədrlik etdiyi iclasda iddiaçı barədə məlumat verildikdən sonra L.Allahverdiyeva dissertasiya işinin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın əsas məzmunu, nəticə və təkliflər ətrafında geniş cıxış etdi.
İşlə bağlı rəyçilər – i.e.d., professorlar Akif Musayev, Tərbiz Əliyev, İsa Alıyev və Gülşən Yüzbaşıyeva mövzunun aktuallığını qeyd etməklə yanaşı irad və tövsiyələrini səsləndirdilər. L.Allahverdiyeva ona ünvanlanan sualları cavablandırdı, habelə rəyçilərin iradlarına öz fikrini bildirdi. Şöbə əməkdaşlarının iştirakı ilə aparılan geniş müzakirələrdən sonra dissertasiya işi açıq səsvermə yolu ilə növbəti müzakirə mərhələsinə tövsiyə olundu (economics.com.az).