Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir

  • Oxunub 349 dəfə

 Martın 1-də AMEA İqtisadiyyat İnstitutunda əməkdaşların iştirakı ilə 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş “Təbii fəlakətlər və böhranlar zamanı köçkün əhalinin mülki müdafiəsi və idarə edilməsi: könüllülərin rolu və pandemiya ilə mübarizə” mövzusunda maarifləndirici tədbir keçirildi.

 İnstitutun Fövqəladə Hallar Komissiyasının sədri Allahyar Muradov mülki müdafiyənin əhəmiyyəti, ehtimal olunan fövqəladə hadisələr, fövqəladə halların qarşısının alınması sahəsində komissiya üzvlərinin üzərinə düşən vəzifələr, bu istiqamətində biliklərin daim təkmilləşdirilməsinin vacibliyi barədə danışdı.

 İnstitutun Mülki Müdafiə Qərargahının rəisi Vilayət Ramazanov Mülki Müdafiə Gününün yaranma tarixi haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, ölkəmizdə təhlükəsiz cəmiyyət şəraitinin formalaşması ilə bağlı görülən işlərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə sisteminin rolu danılmazdır. V.Ramazanov baş verə biləcək fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması və mülki müdafiə qüvvələrinin funksional vəifələrinin icrası barədə danışdı, maarifləndirici xarakterli məlumatlar verdi.

Toplantıda fövqəladə hadisələrin profilaktikasına həsr olunmuş maarifləndirici xarakterli video-rolik nümayiş etdirildi (economics.com.az)